Bloger Səbuhi Xanlarov həbs olunub.

"Unikal" xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. S.Xanlarov inzibati qaydada 15 sutka həbs edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Səbuhi Xanlarovla birlikdə "TikTok"da videolar çəkən "Daqqılı" ləqəbli Ziliş Cəfərova da 15 sutka həbs cəzası verilmişdi.