Ağdaşda itkin düşən kişi axtarılır.

"Unikal" xəbər verir ki, rayon sakini 1963-cü il təvəllüdlü Rəcəbov Comərd Musa oğlu fevralın 23-də itkin düşüb. O, işlətdiyi meyvə mağazasını bağlayıb və bundan sonra yoxa çıxıb. Daha sonra C.Rəcəbov 24 fevral tarixində Xaldan ərazisində kameralara düşüb.

Sonuncu dəfə əynində qara qış gödəkçəsi, tünd göy cins şalvar, ayağında qara qış ayaqqabısı, başında isə qara papaq olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Comərd Rəcəbovun itkin düşməsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə məlumat daxil olub və onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.