Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyəyə yardıma gedən Azərbaycan xilasetmə dəstəsinin 760 nəfərindən 238-i bu gün vətənə qayıdıb. 

"Unikal" xəbər verir ki, xilasetmə qrupumuz Türkiyədən təntənə ilə yola salınıb. 

Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, ilk gündən qardaş ölkəyə gələn xilasedicilər 24 saatlıq iş qrafikində çalışıb: "Bu zəlzələ təkcə Türkiyədə deyil, Azərbaycanda da baş verib. Gələn ilk komanda Azərbaycan komandasıdır, son gedən komanda da biz olacağıq. Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 nəfərin meyiti tapılıb. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var. Orada 2 mindən çox insan yardım göstərilib. Hazırda 114 nəfərlik komandamız Hatayda işləyir". 

Məlumata görə, indiyə qədər xilasetmə qruplarımız zəlzələdən zərərçəkənlər üçün Kahramanmaraşda 830 çadır qurub. 

Ağarza Elçinoğlu