Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

"Unikal" xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki,  L.Zeyniyev 2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.