Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. 

"Unikal" xəbər verir ki, bu vəzifəyə Tahirə Qasımova təyinat alıb.

O həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki,  bu il fevralın 1-də adıçəkilən məktəbə Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli direktor təyin olunub. Onun gəlişindən sonra həmin məktəbin müəllimləri dərs keçməyərək direktorun işdən azad olunması üçün müraciət ediblər. Etirazlardan sonra fevralın 3-də T.Məmmədli işdən azad olunub.