ATMU-da Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən "Şəxsi inkişaf və karyera planlaması" adlı təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

"Unikal" xəbər verir  ki, Azərbaycan Futbol Federasiyasının Peşəkar futbol liqasının İnsan resursları üzrə rəhbəri, İnsan resursları sahəsi üzrə peşəkar mütəxəssis Aytən Rzayeva adıçəkilən təlim prosesində  “Şəxsi inkişaf yolları”, “İnkişaf üçün zəruri məqamlar”, “Karyera qurmada məqsəd aydınlığı və düzgün seçim”, “Uğurlu insan olmaq üçün nə etməli” və s. mövzulara münasibət sərgiləyib. Şəxsi təcrübəsinin konturları çərçivəsində  iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Onu da qeyd edək ki, A.Rzayeva İnsan resurslarının idarə edilməsi üzrə ölkəiçi və xaricdə keçirilən bir sıra təlimlərin, konfransların fəal iştirakçısıdır.