Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla, Sevda Yusuf qızı Məmmədəliyeva Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad olunub.