Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, o, bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini olub.