Tovuz rayonunun Azaflı kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.

"Unikal" xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.