Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

"Unikal" xəbər verir ki, S. Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.