Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.

"Unikal"  xəbər verir ki,  Hacı Şahinin  vatsapda son statusu diqqət çəkib. 

Belə  ki,  o, axşam  saat 9 radələrində Ramiz Rövşənin şeirlərindən bir misra paylaşıb.

Mən bu ağlamalı, mən bu gülməli
Dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
Mən də tamahlanıb ölməyə gəldim.