Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.

"Unikal" xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

10.06

Bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, mərasim mərhumun imamı olduğu Məşədi Dadaş Məscidində təşkil olunub.

Müxbir: Anar Kəlbiyev

Foto: Ayxan Məlikov