Bakıda yerləşən məktəblərin birində müəllimlər idman zalında nərd oynayırlar.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, 27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.