"Qərbi Azərbaycana qayıdışı cəmiyyətimiz və dövlətimizin üçün həssas, vacib məsələdir. Məsələnin indiki zamanda, Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar konteksində qaldırılması yerinə düşür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Qeyd etmək istərdim ki, bu, uzun illərdən bəri tək Qərbi Azərbaycandan olan soydaşlaırmızın arzusu, istəyi deyil, bütün Azərbaycan xalqının arzusu, istəyi və milli hədəfidir. Bu məsələyə təbliğat konteksindən baxılmasına yol vemrək olmaz, buna ciddi, milli və dövləti mövqeydən yanaşmaq lazımdır. Müəyyən hüquqi aspketlərə diqqət yetirməliyik. Qərbi Azərbaycan İcmasının atdığı addımlar, dövlətimizin qurumlarının bu prosesə verdiyi dəstək müəyyən qanunlar, siyasi və hüquqi mexanizmlər çərçivəsində həyata keçirilməlidir ki, milli hədəfimizə nail ola bilək".
Anar Kəlbiyev