"Milli Məclisin üzərinə düşən əsas iş "Qərbi Azərbaycan İcması haqqında" qanun qəbul etməkdir".
"Unikal" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.
Deputat bildirib ki, qanunu qəbul etməklə, icmanın statusunu tanıyırıq: "Onu əlimizdə hazır material kimi tuturuq. Beynəlxalq arenada bu işin təbliğatı yüksək səviyyədə aparılır", - deyə F.Mustafa bildirib.
Anar Kəlbiyev