“Yenidən Bakıda. Münhendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv danışıqları səbirsizliklə gözləyirəm”.

"Unikal" xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Twitterdə paylaşım edib.

O, paylaşımında bu gün (Qarabağda-red) baş verən ölümcül hadisə sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda irəliləyişin vacibliyini vurğulayır.

15:43

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən bildirilib.

Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.