"Qarabağda bazar günü, martın 5-də baş vermiş insident Bakı ilə İrəvan arasında danışıqların irəliləyişinin zəruriliyindən danışır" .
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter-də yazıb.
O, ABŞ dövlət katibi Entoni Blinkenin , Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın fevralda Münhendə keçirilən görüşündən sonra sülh prosesinin irəliləməsi üçün Bakıda Azərbaycan rəhbərliyi ilə substantiv müzakirələr aparacağını gözlədiyini bildirib .
“Bugünkü ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların irəliləməsinə təcili ehtiyac olduğunu göstərir”, - Klaar bildirib.
Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.