Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Şəhidlər xiyabanını ziyarət edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Lui Bono Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.