Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə XİN rəsmisi Ayxan Hacızadə tvitter hesabında paylaşım edib.
Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların keçirilməsi və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana qarşı (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) bədnam siyasətin və hərbi təcavüzün davamıdır.
Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır.