Suriya yığmasının sabiq kapitanı Əhməd Əl-Salih hakimə hücum etdiyi üçün ömürlük futboldan uzaqlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Belə ki, “Əl-Caiş” klubunun 33 yaşlı müdafiəçisi “Əl-Vatba” ilə matçda qırmızı vərəqə alıb. Bundan sonra Əl-Salih görüşün hakiminə hücum edərək, onun üzərinə tüpürüb.
Əl-Salehin diskvalifikasiya ilə yanaşı özü və klubu cərimə olunub.