Biz Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da öz işimizi davam etdirəcəyik.
"Unikal" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
“Bölünmüş dünyada bu kimi fəaliyyətlər çox zəruridir. Çünki biz Qərb ilə Şərq arasında “Soyuq müharibə”dən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır”, - deyə dövlətimizin başçısı bildirib.