Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb: “Biz bunu döyüş meydanında etdik. Biz Ermənistandan fərqli olaraq, hər hansı hərbi cinayət, hər hansı soyqırımı törətmədik. Biz bu nailiyyətləri döyüş meydanında əldə etdik. İndi isə artıq sülh qurmaq vaxtıdır”.