Heydər Əliyevin Qazaxıstan üçün çox böyük qiyməti var, ölkəmizdə 100 illiyi qeyd ediləcək.
"Unikal" xəbər verir ki, bunu apa-ya açıqlamasında Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib.
Darxan Kidirali deyib ki, Heydər Əliyev Azərbaycan xalqının, Türk dünyasının böyük övladıdır, Qazaxıstan üçün də çox böyük qiyməti var: “Heydər Əliyev Qazaxıstanın çətin günlərində böyük şairimiz Abay Kunanbayevin yubileyində iştirak edib. Heydər Əliyevlə bağlı Qazaxıstanda xatirələr çoxdur. Heydər Əliyevin 100 illiyi ilə bağlı Qazaxıstanda konfranslar keçiriləcək, haqqında film olacaq”.