Martın 12-də Bakıda konsert verməyə hazırlaşan türkiyəli müğənni Mahsun Kırmızıgül gecədən əldə edilən gəliri zəlzələdə zərərçəkənlərə bağışlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb.
"Zəlzələdə yaşadıqlarım, gördüklərim məni çox yaraladı. Azərbaycandakı konsertimə görə geri qayıtmağa məcburam. Əldə olunacaq bütün gəliri yardım üçün istifadə edəcəyəm. Sizi unutmayacağam, unutdurmayacağam" deyə, müğənni bildirib.