"Təqaüd yaşı məsələsi yenidən müzakirə mövzusu olub. Hətta məzarlıqda monitorinq aparanlar da tapılıb, amma bu məsələnin məğzi kənarda qalıb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda təqaüd yaşının azaldılması ilə yanaşı onun məbləğinin artırılması yolları tapılmalıdır:
"Məsələn, Fransada təqaüd yaşının artırılması cəhdi böyük etirazlara, mitinq-yürüşlərə səbəb olur, bizdə isə əhalinin böyük bir qismi yaşın artırılmasından məmnundur. Ona görə ki, maaşlar həmişə təqaüddən çox olur, işləyənlərin təqaüdçülərdən fərqli olaraq "çax-çuxu" da olur. Problemlər çoxdur və bu, tək yaş məsələsi deyil, insanların təqaüdlə dolana bilməməsi, dövlətin bu sahədə də inhisarçı olması məsələsədir. Bu sahədə özəl Fondlar yaranmalı, vətəndaşın seçim və fərdi, özəl müqavilə bağlamaq imkanı olmalıdır".
Seymur Əli