“Bolqarıstan və Azərbaycan arasında hazırda yüksək səviyyədə əlaqələr var və Heydər Əliyev bu münasibətlərin güclənməsində rol oynayıb”.
"Unikal" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.
O bildirib ki, Heydər Əliyevin məqsədi Prezident olduğu dövrdə Azərbaycanın mövcud problemlərini həll etməklə yanaşı gələcək inkişaf üçün baza yaratmaq idi:
Onun gələcəklə bağlı fikirləri, zəngim təcrübəsi var idi:
“Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı, münaqişə dövründə üzləşən çətinliklərdən və təhlükələrdən qurtardı”.