Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndə heyəti bu həftə Bakıya etdiyi səfər zamanı onlara göstərilən qonaqpərvərliyi həmçinin dini liderlər, dini təşkilatlar və hökümət rəsmiləri ilə keçirdikləri konstruktiv müzakirələri yüksək qiymətləndiriblər.
Bu barədə "Unikal"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfərdə olan nümayəndələr dini azadlığına dair məsələlərin müzakirəsi üçün görüşlər keçirib. Atəşgah, Baptist dua evi, Əjdərbəy məsçidi, və Aşkenazi yəhudilərinin sinaqoquna etdikləri ziyarətlər nümayəndə heyyətini ruhlandırıb.