Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəsəbədə ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 m² sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.