Rusiya Prezidenti Vladimir Putin martın 15-də Moskvada Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin-Əsəd görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də Suriyadakı vəziyyətin həlli perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, Suriya liderinin ofisinin "Telegram" kanalı Əsədin artıq Moskvaya səfər etdiyi barədə məlumat yayıb.