Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının tərtib etdiyi və redaktoru olduğu “Buzovnalı qızın taleyi” kitabı bu yaxınlarda işıq üzü görüb.
"Unikal" xəbər verir ki, mərhum yazar Xanımana Bağırovanın 1958-ci ildə yazdığı “Buzovnalı qızın taleyi” kitabın ön söz və sözardı hissələri də M.Zülfüqarlı tərəfindən yazılıb. Bu yeni kitab müəllifin sayca üçüncü kitabıdır. Onun “Ana duyğuları” adlanan ilk şerlər kitabı 2001-ci ildə, “Sirli, sehirli Buzovna (Şifahi tarix)” adlı kitabı isə 2018-ci ildə nəşr olunub.
“Qanun” nəşriyyatında çap olunmuş “Buzovnalı qızın taleyi” kitabı Bakının Buzovna kəndində imkanlı bir ailənin qızı olan, atası repressiyaya məruz qalaraq, əmlakları sovet rejimi tərəfindən müsadirə edilmiş Xanımana Mirzəqulam qızı Bağırovanın çətin, məşəqqətli həyatından bəhs edir. Əsərdə müəllifin əsasən öz həyatını təsfir olunub. Lakin bunula yanaşı keçən əsrin 40-50-ci illərində Bakıda, Buzovnada və Ucar rayonun mərkəzində baş vermiş ictimai-siyasi hadisələr, əhalinin güzəranı, ağır həyat şərati haqqında da əsərdən zəngin məlumatlar əldə etmək mümkündür.
Oxucular nəşr olunmuş yeni kitabla M.F.Axundov adına Mərəkəzi kitabxana və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında tanış ola bilərlər.