Parlament monarxiyasının hökm sürdüyü İspaniyada taxt-tacın ilk varisi olan 17 yaşlı şahzadə Leonor hərbi xidmətə yollanacaq.
"Unikal" xəbər verir ki, bu barədə mətbuata açıqlama verən müdafiə naziri Marqarita Robles vəliəhd şahzadə Leonorun quru, dəniz və hava qüvvələrində 3 illik hərbi təhsilə başlaması üçün fərman verildiyini açıqlayıb.
Robles şahzadə Leonorun İspaniya Silahlı Qüvvələrinin ilk qadın baş komandiri olacağına görə onu əvvəlcədən təbrik edib.
Son 2 ildə Uelsdə kollecdə təhsil alan şahzadə Leonor atası Kral VI Felipenin 1985-1989-cu illərdə aldığı hərbi təhsili alacaq.
Gülayə Mecid