"Qarabağ Daxili İşlər Nazirliyi" etiraf edib ki, Laçın dəhlizindən yan keçərək Ermənistanla alternativ əlaqə qurulub və fəaliyyət göstərir.
"Unikal" xəbər verir ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların müşayiətilə erməni avtomobil karvanının alternativ yol ilə hərəkət etməsinə dair videonu yaydıqdan sonra separatçılar aşağıdakı etirafı ediblər:
Azərbaycan tərəfinin yaydığı videoda hərbi texnika deyil, Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlar yer alıb. Xilasedicilər Şuşadan yan keçərək dağ yoluyla Rusiya sülhməramlılarının müşayiətilə Qarabağda qalan vətəndaşları Ermənistana aparıblar, "Daxili İşlər Nazirliyi"nin məlumatında deyilir.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, erməni tərəfi Şuşadan yan keçməklə Xankəndidən Qeybalı və Xəlfəli kəndləri vasitəsilə Zarıslıya, daha sonra Laçın yoluyla nəqliyyatın hərəkətini təşkil ediblər.
Bu vəziyyətdə Rusiya sülhməramlılarının baş verənlərdə rolu ilə bağlı sual yaranır.
Qeyd edək ki, bundan öncə ermənilər Ermənistanla alternativ əlaqə faktını inkar edərək bildirirdilər ki, martın 5-də həlak olan polislər hərbi postlardan birində "rotasiya" həyata keçirirmişlər.