Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlük müraciətinin təsdiqini martın 17-i cümə günü açıqlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niiniste öz Twitter səhifəsində yazıb .
Ərdoğanın Ankarada Niiniste ilə görüşdə Türkiyənin qərarını açıqlaması gözlənilir .
“Məlum oldu ki, Türkiyə prezidenti Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etmək qərarına gəldiyi mərhələdə birbaşa prezidentlər səviyyəsində görüşmək və bu vədi yerinə yetirmək istəyib”, - Niinistanın bəyanatında deyilir.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan ölkənin Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməsi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, Ankara “vədini yerinə yetirmək” niyyətindədir.
Türkiyə dövlət başçısının sözlərinə görə, Ankara Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövcud prosedura əməl edəcək. Cümə günü, martın 17-də Finlandiya prezidenti ilə görüş planlaşdırılır.