Abşeron rayonunda yük avtomobilində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, yük avtomobilinin qoşqusunun 3 ədəd təkəri və üzlük hissəsi qismən yanıb. Qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.