Kanadalı məşhur aktrisa Luizett Düsso vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 83 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 60-cı illərdə karyersaına başlayan aktrisa "Binqo", "Gecikmiş günəş", "Fərzlə xoşbəxtlik", "Merilin", "İdeal adam", "Qar pişiyi", "Ən yaxşı dostum" kimi məşhur layihələrdə rol alıb.