Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti həbsdə olan üçüncü prezident Mixail Saakaşvilinin videosunu yayımladığına görə ölkənin Penitensiar Xidmətini 500 lari (200 dollar) məbləğində cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə “News-Georgia” məlumat yayıb.
Söhbət Saakaşvilinin “Vivamed” klinikasında olarkən çəkdiyi kadrlardan gedir, həmin kadrlar şöbə tərəfindən iki dəfə – 2022-ci il dekabrın 14-də və 2023-cü il fevralın 15-də yayımlanıb. Videoda müxtəlif günlərə aid kadrlar da yer alıb.
Qeyd edək ki,Ukrayna vətəndaşı olan Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra vətəninə qayıdarkən Gürcüstanda saxlanılıb. O, istintaqa görə, o, sentyabrın 28-də süd məhsulları daşıyan gəmi ilə gizli şəkildə Ukraynadan Poti limanına gələrkən, sərhədi qanunsuz keçməkdə ittiham olunub.