Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən Fövqəladə Zirvə Toplantısında çıxış edir. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri sammitin təşkili üçün müraciət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. 

"Sammitin təşkili üçün çağırış edən Azərbaycan Prezidenti Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü zirvə ilə türk dünyasının bir ürək, bir bədən olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik", - Ərdoğan qeyd edib. 

Siyasətçi daha sonra Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edib. 

Ağarza Elçinoğlu