Şair Nazilə Səfərli nəvəsinin dünyaya gəlməsi münasibətiylə dəvə kəsib.
"Unikal" xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində məlumat verilib. Bildirilir ki, dəvənin əti imkansız ailələrə paylanılıb.
"350 kiloqramlıq dəvə idi. Əti isə 300 kiloqram qaldı" - deyə, Nazilə bildirib.
Qeyd edək ki, Nazilənin oğlu Nural ötən il Nuranə adlı xanımla ailə qurub. Onların fevralda oğul övladı dünyaya gəlib.