"Ermənistan 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, hələ də qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb."
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
"Qarabağda qeyri-qanuni erməni birləşmələri və cinayətkar ünsürlər qalmaqdadır. Onlar orada olmamalıdır. İrəvan hələ də qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına göstəriş verməyib", - deyə ölkə rəhbəri qeyd edib.
Ağarza Elçinoğlu