Ötən 20 ildə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uzun və şərəfli yol keçmiş, dünyada nüfuz qazanmış, güc mərkəzinə çevrilmişdir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
"İndi dünyada hər kəs Türkiyənin hərbi gücünü, müdafiə sənayesindəki böyük uğurlarını görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin edilməsi, ölkənin inkişafı bütün türk dünyası üçün mühüm şərtdir", - deyə dövlət başçısı qeyd edib.
Gülayə Mecid