15 mart 2023-cü il tarixində CAREC Rəqəmsal Virtual Siyasət (Digital CAREC Virtual Policy Dialogue: Digital FDI Ecosystem) adlı beynəlxalq vebinar keçirilib. 

"Unikal" xəbər verir ki, vebinar Rəqəmsal FDİ Ekosistemi beynəlxalq vebinar təşkilatları − Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu, İslam İnkişaf Bankı (İİB) və Asiya İnkişaf  Bankı İnstitutu (ADBI) ilə birgə təşkil olunub. 

Beynəlxalq vebinarın açılış mərasimində CAREC İnstitutunun direktoru Kabir Jurazoda,  institutun Potensialın Gücləndirilməsi üzrə Mütəxəssisi Steven Liu və Elm, Texnologiya və İnnovasiyalar Departamentinin Meneceri Syed Hassan Alsagoff çıxış etmişlər.

Vebinar çərçivəsində növbəti illər üçün rəqəmsal beynəlxalq iqtisadi əməkdaşlığın əsas istiqamətlərini vurğulamaq məqsədilə xüsusi sessiyalar keçirilmişdir. İlk sessiyada AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev “Rəqəmsal CAREC: Rəqəmsal Xarici birbaşa İnvestisiyalar (XBİ), Qaydalar, Siyasətlər və Rəqəmsal İqtisadiyyata İnvestisiyaya İmkan Verən Faktorlar. CAREC Regionunda Rəqəmsal XBİ İnkişafının Təqdimatı və Ölkə Profilləri” mövzusu ilə çıxış etmişdir. T.Babayev  2022-ci ildə həyata keçirilən və 11 ölkəni əhatə edən  CAREC (Orta Asiya İqtisadi əməkdaşlıq  ölkələri: Çin, Monqolustan, Əfqanıstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan) regionu ölkələrində Rəqəmsal xarici birbaşa investisiyaların vəziyyətinə həsr edilmiş layihənin beynəlxalq konsultantı qismində iştirak edib. 

T.Babayev qeyd edib ki, CAREC II tədqiqat layihəsinin ümumi məqsədi CAREC ölkələrinin rəqəmsal sektorlarına axının maksimuma çatdırılması üçün siyasət çərçivəsinin hazırlanması olmuşdur. Burada rəqəmsal iqtisadiyyatın bütün aspektləri əhatə edən Rəqəmsal infrastruktur, Rəqəmsal firmalar, Daha geniş rəqəmsal qəbul kimi investisiya siyasəti təklif edilmişdir. Tələb və təklif amillərini nəzərə alaraq inklüziv rəqəmsal investisiya siyasəti çərçivəsini tərtib edilməsi barədə məlumat verilib. 

Alim bildirib ki, araşdırmalar göstərir ki, rəqəmsallaşmaya “rəqəmsal BXİ” və ya XBİ cəlb etmək rəqəmsal uçurumun aradan qaldırılması və uzunmüddətli məhsuldarlığı təmin etmək üçün optimal həll yollarından biridir. Rəqəmsal iqtisadiyyat xüsusi siyasətlər, qaydalar və tədbirlər tələb edə bilər, çünki rəqəmsal firmaların ənənəvi biznes modellərindən fərqli biznes modelləri var. Rəqəmsal XBİ siyasətlərə, qaydalara, investisiya mühitinə və koordinasiya uğursuzluqlarına qarşı daha həssasdır.

T.Babayev bildirb ki, CAREC ölkələrində rəqəmsal iqtisadiyyatın vəziyyətinə həsr olunmuş, 2020-ci ildə həyata keçirilən Rəqəmsal CAREC (Mərhələ 1) üzrə CI və İsDB-nin birgə tədqiqat layihəsi Rəqəmsal XBİ, Rəqəmsal Təhlükəsizlik, Qaydalar, İnternet Qiyməti, Rəqəmsal infrastruktur və İnternet Keyfiyyəti sahələrində böyük geriliyin olduğu aşkar edilmişdir. Bu isə öz növbəsində Rəqəmsal XBİ-ın CAREC ölkələri üçün vacibliyini ortaya qoyur. Alim, həmçinin Rəqəmsal CAREC II tədqiqat layihəsi çərçivəsində həyata keşirilən metodika və nəticələr barədə məlumat vermişdir. Vebinarın ikinci sessiyasında əsas icraçı tərəfdaş təşkilatların aparıcı beynəlxalq ekspertləri ilə müvafiq məsələlərin müzakirəsi üçün açıq dialoq sessiyası keçirilib. 

Qeyd edək ki, vebinarda növbəti illərdə beynəlxalq tərəfdaşlıqların daha da gücləndirilməsi və rəqəmsal iqtisadi əməkdaşlıq proseslərinin təşviqi məqsədilə geniş müzakirələr aparılıb, yeni ideyalar təqdim olunub.