"Azərbaycan ərazisindən keçməklə Dağıstandan İrana gedən marşrut mümkün qədər tez tikilməlidir, ona həmişə tələbat olacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayında deyib.
Onun sözlərinə görə, bütün ölkələr geosiyasi uyğunlaşmanın çətinliklərinə baxmayaraq, Dağıstan-Azərbaycan-İran marşrutunu çəkməyə razıdırlar.
Rusiya lideri həmçinin sahibkarları Rusiya ilə Hindistan arasında İran üzərindən nəqliyyat əlaqəsini təmin etməli olan Şimal-Cənub dəhlizinin tikintisinə vəsait ayırmağa çağırıb.
Ağarza Elçinoğlu