Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının toplantısında çıxış edərək Rusiya zənginlərini Qərbin sanksiyaları altında yerli iqtisadiyyata dəstək verməyə çağırıb.
"Unikal" xəbər verir ki, toplantıda milyarderlər Oleq Deripaska, Vladimir Potanin, Aleksey Mordaşov, German Xan, Viktor Vekselberq və başqaları iştirak ediblər.
“Məsuliyyətli rus sahibkarı ilk növbədə ölkənin maraqlarını bilən və onlara uyğun hərəkət edən Rusiyanın əsl vətəndaşıdır. O, sərvətini ofşorda gizlətmir, burada, bizim ölkədə qeydiyyata alır və sonda xarici hakimiyyət orqanlarının nəzarəti altına düşmür”, - Putin bildirib.
Rusiyalı milyarderlərin böyük əksəriyyəti Putinin müttəfiqləridir və Qərbin sanksiya siyahısında yer alıblar.