"YPG tərəfdarları bir daha cinayət başında yaxalandı. Terrorçulara vertolyotlar verənlər başa düşməlidirlər ki, bunlar əbəs cəhdlərdir. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz fasiləsiz davam edəcək."
"Unikal" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. O, bldirib ki, 24 iyul 2015-ci il tarixindən bu yana İraq və Suriyanın şimalında ümumilikdə 37 min 647 terrorçunun zərərsizləşdirilib. Onun sözlərinə görə, təkcə bu ilin əvvəlindən bu yana 306 terrorçunun zərərsizləşdirilib:
“Qəhrəman ordumuz terrorla mübarizə ilə yanaşı, dənizlərimizdə və səmalarımızda hüquq və mənafelərimizi əzm və qətiyyətlə qoruyur, başda KKTC, Azərbaycan və Liviya olmaqla dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin haqq işini dəstəkləyirik və eyni zamanda yeddi iqlimə və üç qitəyə sülh, əmin-amanlıq və ədalət gətirməkdir. Əcdadlarımızın ilhamı ilə, başda Qara dəniz taxıl daşınması müqaviləsi olmaqla, bənzər təşəbbüslərlə regionda və dünyada sülhə töhfə veririk.Ümidimiz bu müddət ərzində tərəflərlə apardığımız görüşlər və yazışmalar nəticəsində Taxıl daşınması sazişinin əvvəlində müəyyən edilmiş şərtlərlə davam edəcəyi və bölgədə atəşkəs, sülh və sabitliyin tezliklə əldə olunmasıdır" -deyə Akar bildirib.