Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
"Unikal" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və müavinləri tərəfindən Novruz bayramı ərəfəsində Şəhidlər Xiyabanları və şəhid məzarları ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.
Həmçinin, Xəzər Rayon İcra Hakimiyyətinin gənc könüllüləri tərəfindən şəhid ailələrinə bayram sovqatları paylanılıb.
Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd edilib, şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanılıb. Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.