Novruz Bayramı günlərində ikinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları kütləvi şəkildə ziyarət edilir. 

"Unikal" xəbər verir ki, bu gün şəhidlərimizin yaxınları ilə bərabər, yüzlərlə vətəndaş torpaq uğrunda canından keçən qəhrəmanlarımızı ziyarət etmək üçün ikinci Fəxri Xiyabana gəliblər. 

Şəhidlərimizin ruhuna dualar oxunub, bayram xonçası və səmənilər onların məzarları üzərinə qoyulub. 

Ağarza Elçinoğlu