Lənkəranda avtomobillər toqquşub, 4 nəfər yaralanıb.

“Unikal” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri - 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.