İzmirin Dikili və Çeşmə rayonları sahillərində 66 qeyri-qanuni miqrant xilas edilib, 154 miqrant saxlanılıb.
"Unikal" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyənin Sahil Mühafizə Komandanlığının internet saytında yer alıb.
Bildirilib ki, Sahil Mühafizə Komandanlığına çətin vəziyyətə düşən qayıq barədə məlumat daxil olub.
Xilasetmə əməliyyatı nəticəsində İtaliya marşrutu üzrə hərəkət edən yelkənli qayıqda miqrantlar aşkar edilərək saxlanılıb.