"Turan Tovuz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.
"Unikal" xəbər verir ki, klub panamalı Roderik Millerlə anlaşılıb.
Panamanın “San Fransisko” klubunun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.
30 yaşlı müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.