Martın 22-də axşam saatlarında Azərbaycanın Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinin birində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə “Caliber.az” məlumat yayıb. 

Bildirilir ki, yanğın nəticəsində yaralanan ermənilər var. Postdakı sığınacaq, sursat və digər hərbi texnikalar tamamilə yanıb.